"Mənim oğlum Azərbaycanın da ilk astronavtıdır" - Məlahət Atasever

Hazırda oxunan: "Mənim oğlum Azərbaycanın da ilk astronavtıdır" - Məlahət Atasever

196515

“Əminəm ki, Türkiyə və Azərbaycanın sıx əməkdaşlığı tezliklə kosmik sahəyə də keçəcək. Mənim oğlum Azərbaycanın da ilk astronavtıdır”.

Bizim.Media  xəbər verir ki, bunu Türkiyə tarixində ikinci astronavt olan Tuva Cahangir Araseverin anası Məlahət Atasever jurnalistlərlə söhbətdə bildirib.

Onun sözlərinə görə, Tuva Cahangirin uçuşunu təkcə Türkiyədə deyil, Azərbaycanda da diqqətlə izləyiblər.

“Azərbaycandan çox sayda messajlar aldım. Hisslərimi oğlumun sözləri daha yaxşı ifadə edir: “Türkiyə və Azərbaycanın bayraqları yerdə yan-yana dalğalandığı kimi, səmada da yan-yana olacaqlar”, - deyə astronavtın anası bildirib.

Eyni zamanda o, Tuva Cahangir Ataseverin uçuşunun gənclərə örnək olacağına, türk astronavtlarının sayının artacağına ümid etdiyini bildirib.


Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO