Ledi Qaqanın itlərini oğurlayan beş nəfər tutuldu

Ledi Qaqanın itlərini oğurlayan beş nəfər tutuldu

Hazırda oxunan: Ledi Qaqanın itlərini oğurlayan beş nəfər tutuldu

19600

Los-Anceles polisi amerikalı müğənni Ledi Qaqanın iki itini oğurlamaqda şübhəli bilinən beş nəfəri həbs edib.

Bizim.Media "BBC"-ə istinadən xəbər verir ki, saxlanılan şəxslərə qarşı adam öldürməyə cəhd və soyğunçuluq ittihamları irəli sürülüb.

Bildirilib ki, müğənninin itlərini polis idarəsinə gətirən qadın isə həbs olunanlardan birinin tanışıdır.

Qeyd edək ki, fevralın 24-də naməlum şəxslər tərəfindən ifaçının köməkçisi, 30 yaşlı Rayan Fişerə dörd dəfə atəş açılıb. Onun gəzdirdiyi fransız buldoz cins itləri olan Koji və Gustov isə cinayətkarlar tərəfindən oğurlanıb.

İtləri polis idarəsinə gətirən və adı açıqlanmayan qadın heyvanları küçədə tapdığını bildirib.

Xəyalə Həsənova, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO