Rəisinin helikopteri necə qəzaya uğrayıb? - YENİ DETALLAR

Rəisinin helikopteri necə qəzaya uğrayıb? - YENİ DETALLAR

Hazırda oxunan: Rəisinin helikopteri necə qəzaya uğrayıb? - YENİ DETALLAR

193080

Məlum olduğu kimi, mayın 19-da İran prezidenti İbrahim Rəisi, xarici işlər naziri Hüseyn Əmir Abdullahian, İranın Ali Liderinin Təbriz üzrə nümayəndəsi Məhəmməd Əli Ali Haşim, Şərqi Azərbaycan vilayətinin valisi Malik Rəhmətini Xudafərindən Təbrizə aparan helikopter Vərzəqan rayonunda sərt eniş edərək qəzaya uğrayıb. Hadisə nəticəsində 8 nəfər həlak olub. Bəs faciəvi hadisə necə baş verib?

Bizim.Media musavat.com-a istinadən xəbər verir ki, ABŞ-ın aviasiya mütəxəssisi Kayl Beyli "Al Jazeera"ya açıqlamasında hadisənin detallarını və baş vermə ehtimallarını şərh edib.

Onun sözlərinə görə, əgər uçuş zamanı ciddi texniki problem yaranarsa, pilotun birinci vəzifəsi təyyarəni uçuşda saxlamaqdır, kommunikasiya yaratmaq isə ikinci plandadır. 

Kayl Beyli əlavə edib ki, İran liderinin ölümü ilə nəticələnən qəzada da pilot əlaqə yaratmayıb:

"Çünki pilot, çox güman ki, vertolyotu endirməyə və ya onu səmada saxlamağa çalışıb".

Aviasiya analitiki helikopterin pilotu ilə başqa bir uçuş heyəti üzvü arasında əlaqənin olmamasını "ciddi idarəolunma problemi" kimi şərh edib.

Beyli helikopterin iki hissəyə parçalandığına diqqət çəkib:

"Vertolyotun iki hissəyə ayrılmasından görünür ki, quyruq rotoru çox güman ki, kəsilib və bu, əsas rotor bıçağının quyruğa təsir etməsinin nəticəsidir. Buna pilot helikopteri endirmək üçün manevr edərkən yaranan aerodinamik qüvvələr və ya ola bilsin ki, texniki nasazlıq səbəb ola bilərdi. Başqa bir ehtimal quyruq rotorunun nasazlığıdır. Əgər biz helikopterlərin saat əqrəbinin əksi istiqamətində 360 dərəcə fırlandığı spiral hərəkəti görsək, bu, quyruq rotorunun sıradan çıxdığını, yaxud nəzarətdən çıxacağını göstərə bilər”.

Ekspert deyib ki, əlverişsiz hava şəraiti və dağlıq ərazi də ölümlə nəticələnən qəzaya səbəb ola bilər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO