Rusiyanın Komi Respublikasının Peçora şəhərində beşmərtəbəli bina qismən çöküb.
Bizim.Media xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, binanın bir blokunun bir neçə mərtəbəsi uçub. Hadisə zamanı xəsarət alan olmayıb.
Yaşayış binası qəzalı vəziyyətdə olduğundan 5-i azyaşlı olmaqla,14 nəfər binadan təxliyə edilib.
Hazırda ərazidə dağıntıların təmizlənməsi işləri aparılır.
Şəhər meri jurnalistlərə açıqlamasında bildirib ki, bina uzun illər əvvəl tikilmiş yataqxana binasıdır.
Bizim.Media
- A-
- A
- A+
Dünya
16:26 / 11.05.2024
Rusiyada yataqxana binası çöküb, sakinlər təxliyə edilib
Hazırda oxunan: Rusiyada yataqxana binası çöküb, sakinlər təxliyə edilib
Hazırda oxunan: Rusiyada yataqxana binası çöküb, sakinlər təxliyə edilib
191568
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.