İsrailin təhsil naziri Haim Bitonun avtomobili qəzaya uğrayıb.
Bizim.Media xəbər verir ki, bu barədə İsrail mətbutaı məlumat yayıb.
Məlumata görə, avtomobildə qəza zamanı nazirin atası olub və o, ağır bədən xəsarətləri ilə xəstəxanaya çatdırılıb.
Nazir özü isə avtomobildə olmayıb.
Qeyd edək ki, ötən gün də içərisində İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvirin olduğu xidməti avtomobil Ramla şəhərində qəzaya uğrayıb. Nazir ağır xəsarətlər alıb.
Bizim.Media