İordaniya şahzadəsi bir gecədə İranın 6 PUA-sını vurub - FOTO

Hazırda oxunan: İordaniya şahzadəsi bir gecədə İranın 6 PUA-sını vurub - FOTO

187210

İordaniya şahzadəsi, Hərbi Hava Qüvvələrinin pilotu, 24 yaşlı Salma bin Abdulla bir gecədə 6 İran pilotsuz təyyarəsini vurub.

Bizim.Media xatırladır ki, İordaniya İsrailə kömək edən yeganə ərəb ölkəsi olub. 

Qeyd edək ki, Salma bin Abdulla 26 sentyabr 2000-ci ildə Ammanda Kral II Abdulla və Kraliça Ranianın ailəsində anadan olub. Onun böyük qardaşı, Vəliəhd Şahzadə Hüseyn (1994-cü il təvəllüdlü) və böyük bacısı Şahzadə İman (1996-cı il təvəllüdlü) və kiçik qardaşı Şahzadə Haşem (2005-ci il təvəllüdlü) var.

2018-ci ilin may ayında Salma bin Abdullah orta təhsilini tamamlayıb və Amman Beynəlxalq Akademiyasında orta məktəbi bitirib.

2018-ci ilin noyabr ayında Salma bin Abdulla atası, böyük qardaşı və Haşimilər sülaləsindən olan bir sıra digər qohumlarının məzun olduğu Sandhurst Kral Hərbi Akademiyasını bitirib.

2020-ci ilin yanvar ayında Salma bin Abdulla İordaniya Silahlı Qüvvələrində pilot hazırlığı proqramında nəzəri və praktiki təlimləri başa vuraraq ölkə tarixində ilk qadın pilot olub. 

2023-cü ildə Salma bin Abdalla Cənubi Kaliforniya Universitetini arxeologiya üzrə bakalavr dərəcəsi ilə bitirib.






 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO