Ukraynada qadınların hərbi xidmətə çağırılması TƏKLİF olunur

Ukraynada qadınların hərbi xidmətə çağırılması TƏKLİF olunur

Hazırda oxunan: Ukraynada qadınların hərbi xidmətə çağırılması TƏKLİF olunur

186572

Ukraynada İsrail modelinə uyğun olaraq qadınlar da hərbi xidmətə çağırılmalıdır.

Bizim.Media xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin Quru Qoşunları komandanının gender məsələləri üzrə müşaviri Oksana Qriqoryeva “The Times”ə müsahibəsində deyib.

O bildirib ki, Ukrayna yaxın illərdə qadınların da səfərbərliyinə hazır olmalıdır: 

“Konstitusiyamızda yazılıb ki, hər bir ukraynalının vəzifəsi öz ölkəsini müdafiə etməkdir. Ona görə də qadınların da xidmət etməsi düzgündür. Biz də İsrail kimi etməliyik. Buna hazır olmaq lazımdır”.

Oksana Qriqoryevanın sözlərinə görə  Ukrayna ordusunda xidmət edən qadınların onda birindən az hissəsi aktiv döyüş tapşırıqlarını yerinə yetirir, qalanları isə həkim, kəşfiyyatçı və idarəçi kimi çalışır: 

“Qanunvericilik baxımından çox yol qət etmişik, amma praktikada hələ də köhnə məktəb təfəkkürü var. Məktəb yaşından etibarən ölkədə qızlar və oğlanlar arasında fərq qoyulur. Oğlanlar fiziki fəaliyyətlə, qızlar toxuculuq və ya ev işləri ilə məşğul olur. Bu yanaşma dəyişilməlidir. Həm fiziki, həm də psixoloji cəhətdən biz qızları uşaqlıqdan ölkənin müdafiəsinə hazırlamalıyıq”.

Xatırladaq ki, Ukrayna hökumətinin məlumatına görə, hazırda Silahlı Qüvvələrdə 65 min qadın xidmət edir.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO