İranda bir gündə 388 nəfər həyatını itirdi

İranda bir gündə 388 nəfər həyatını itirdi

Hazırda oxunan: İranda bir gündə 388 nəfər həyatını itirdi

18636

İranda son sutkada  24 886 yeni növ “Covid-19” infeksiyasına yoluxma faktı qeydə alınıb, 388 nəfər həyatını itirib.

Bizim.Media xəbər verir ki, bu barədə  İran Səhiyyə Nazirliyinin sözçüsü Sima Sadat Lari məlumat verib.

O bildirib ki, bununla da İranda bu günə qədər koronavirusdan ölənlərin ümumi sayı 67 913   nəfərə, infeksiyaya yoluxanların sayı isə 2 milyon 311 813 nəfərə çatıb.

Bu günə kimi 1 milyon 823 958 nəfər xəstəlikdən tam sağalaraq evə buraxılıb.

Virusa yoluxan və hazırda xüsusi rejimli xəstəxanaların intensiv terapiya şöbələrində müalicəsini davam etdirən 4991 nəfərin vəziyyəti ağırdır.

İran Səhiyyə Nazirliyinin bildirdiyinə görə, yoluxucu xəstəliyini geniş yayılmasına görə hazırda ölkənin 301 şəhəri qırmızı, 95 şəhər narıncı, 45 şəhər sarı, 7 şəhər isə mavi vəziyyətdədir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO