Kremldən Zelenskinin Putinə Donbasda görüş təklifinə münasibət

Kremldən Zelenskinin Putinə Donbasda görüş təklifinə münasibət

Hazırda oxunan: Kremldən Zelenskinin Putinə Donbasda görüş təklifinə münasibət

18634

“Rusiya Prezidenti Vladimir Putinə ukraynalı həmkarı Vladimir Zelenskinin Donbassda görüş keçirməyi təklif etdiyi barədə məlumat verilib, ancaq dövlət başçısı təşəbbüslə yaxından tanış olmaq üçün vaxt tapmayıb”.

Bizim.Media xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

O, Putinin gecənin çox hissəsini Federal Məclisə müraciətinin mətni üzərində işlədiyini və başqa suallar üçün vaxtının olmadığını bildirib.

Peskov Zelenskinin təşəbbüsünü şərh edərək, bunun üçün müəyyən ön şərtlərin olmalı olduğunu qeyd edib.
 

MÖVZU İLƏ BAĞLI:

Rusiya ABŞ-ın 10 diplomatını ölkədən çıxarır 


Prezidentin sözçüsü son vaxtlar Ukraynadan Putinlə görüşmək üçün heç bir rəsmi tələbin alınmadığını da əlavə edib.

Qeyd edək ki, V. Zelenski 20 apreldə Rusiya Prezidentinə müraciət edərək onu döyüşlərin getdiyi Donbassın istənilən yerində görüşməyə dəvət etmişdi.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO