Almaniya XİN: Gürcüstan Aİ-yə üzv olmaq üçün namizəd statusunu itirə bilər

Almaniya XİN: Gürcüstan Aİ-yə üzv olmaq üçün namizəd statusunu itirə bilər

Hazırda oxunan: Almaniya XİN: Gürcüstan Aİ-yə üzv olmaq üçün namizəd statusunu itirə bilər

185856

“Xarici agentlər haqqında qanunun qəbulu ilə əlaqədar Gürcüstan Avropa İttifaqına (Aİ) üzv olmaq üçün namizəd statusunu itirə bilər”.

Bizim.Media xəbər verir ki, bu barədə Almaniya Xarici İşlər Nazirliyi bəyanat yayıb.

“Keçən il Gürcüstan vətəndaş cəmiyyətinin on minlərlə nümayəndəsinin bu qanun layihəsinə etirazı nəticəsində o, gündəmdən çıxarılıb. Gürcüstanın bu şansı itirib-itirməyəcəyinə Aİ-nin digər ölkələri ilə məsləhətləşmələrdə qərar veriləcək”,  - deyə Almaniya Xarici İşlər Nazirliyinin mətbuat katibi Sebastyan Fişer bildirib.
Qeyd edək ki, Gürcüstan hakimiyyətinin qalmaqallı qanun layihəsinin müzakirəsinə qayıtmaq niyyəti 2024-cü il aprelin 3-də məlum olub.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO