Şahzadədə xərçəng AŞKARLANDI

Şahzadədə xərçəng AŞKARLANDI

Hazırda oxunan: Şahzadədə xərçəng AŞKARLANDI

183805

Uels şahzadəsi Keyt Middleton əməliyyatdan sonra bədənində xərçəng aşkarlandığını bildirib.

Bizim.Media xəbər verir ki, bu barədə o, özünün "X" hesabında qeyd edib. 

O, hazırda kimyaterapiya keçdiyini açıqlayıb.

“Əməliyyat uğurlu keçdi, lakin bundan sonra aparılan analizlər xərçəngin olduğunu göstərdi. Buna görə də həkimlərim mənə profilaktik kimyaterapiya kursu keçməyi məsləhət gördülər və indi müalicənin ilkin mərhələsindəyəm”, – şahzadə bildirib.

Uels şahzadəsi özünü yaxşı hiss etdiyini və gündən-günə sağaldığını vurğulayıb.

Kensinqton Sarayı yanvarın 17-də Middltonun qarın nahiyəsindən əməliyyat olunduğunu bildirib.

Cərrahi əməliyyatın səbəbləri qeyd edilməyib, Uels şahzadəsinin şəxsi tibbi məlumatlarının məxfi qalmasını istədiyi vurğulanıb.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO