Moderator.az Zbiqnev Bzejinskinin oğlu Yan Bzejinskinin "Newsweek" nəşrinə verdiyi müsahibənin əsas məqamlarını təqdim edir.
Məşhur politoloq Zbiqnev Bzejinskinin oğlu, Atlantic Council analitik mərkzin eksperti, vaxtilə Buş admnistrasiyasında Pentaqon başçısının müavini vəzifəsini tutmuş Yan Bzejinskinin sözlərinə görə Qərb üçün təhlükə olan Rusiyanı dayandırmaq üçün ABŞ şərqi Avropada hərbi fəaliyyətini gücləndirməlidir. Onun fikrincə Rusiya “öz regionunda daha güclü xuliqan rolunda oynamağa qadirdir və bu xuliqanı dayandırmağa NATO-nun Baltikyanı ölkələrdəki 4 minlik qoşunu yetməz. Putinin 300 minlik qoşunu var”x9d.xa0

Bzejinski qeyd edib ki, Rusiya artileriya gücünü artırıb, çevik hərbi birləşmələrin imkanları yüksək səviyyəyə çatdırılıb. “Putin 10 il ərzində ordunu modernləşdirmək üçün 700 milyard dollar ayırıb. Rusiyanın indi raket əleyhinə müasir müdafiə sistemi var. Tərəqqini qiymətləndirmək üçün 2008-ci ildəki Gürcüstana olan bacarıqsız müdaxilə ilə 2014-cü ildə Krımın peşəkar işğalını müqayisə etmək kifayət edir”x9d. Amma, onu da qeyd edib ki, Rusiyanın hələ Amerikaya qarşı qoyula biləcək gücü yoxdur.
Y.Bzejinski deyir ki, Rusiyanı dayandırmağın ən yaxşı yolu siyasi və iqtisadi sanksiyaların daha da sərtləşdirilməsidir. Rusiya Ukraynadan çıxana qədər sanksiyalar davam etməli və ABŞ Krımın işğalını tanımaq kimi “qorxulu səhvə”x9d yol verməməlidir. Bzejinski Rusiyanın postsovet respublikalarını yenidən işğal etmə və nəzarətdə saxlama siyasətinə diqqət çəkib.xa0
Yan Bzejinskinin anti Rusiya mövqeyinin atasından miras qaldığını qeyd etməklə onu da vurğulamaq lazımdır ki, oğul atadan daha sərt danışır. Rusiyanın 2 trilyonluq ÜDM-nə qarşı NATO ölkələrinin 18 trilyonluq ÜDM-i olduğunu vurğulayan oğul Bzejinski, Rusiyanı senator Makkeynin məşhur ifadəsi ilə”x9d benzakolonka”x9d adlandırıb və yeganə müştərisinin də Avropa olduğunu deməklə faktiki Rusiyanı təhqir edib. Yeri gəlmişkən, Rusiya KİV-ləri xa0də Yan Bzejinskinin sözlərini təhqir kimi yozublar.



























































































