Amerikanın “PlanetRisk” şirkəti Rusiya prezidenti Vladimir Putinin hərəkətlərini izləməyə çalışıb.
Bizim.Media "Wired" nəşrinə istinadən xəbər verir ki, bu barədə "Wall Street Journal"ın keçmiş jurnalisti Bayron Tayın yazdığı kitabda deyilir.
Onun sözlərinə görə, 2016-cı ildə şirkət kommersiya məlumatlarından istifadə edərək smartfonları izləmək üçün nəzərdə tutulmuş Locomotive texnologiyasını hazırlayıb.
Rusiya haqqında məlumat toplusunu əldə edən komanda (PlanetRisk - red.) başa düşüb ki, Putinin ətrafında olan telefonları izləyə bilər.
İzlənən qurğular Rusiya liderinə aid olmayıb. O, siyasi məsləhətçilərə, təhlükəsizlik işçilərinə, sürücülərə və digər personala məxsus olub.
Eyni zamanda, nəşr qeyd edib ki, həmin şəxslərin telefonları sayəsində PlanetRisk şirkəti Putinin hara getdiyini və hansı mühitdə olduğunu öyrənib.
Bizim.Media
- A-
- A
- A+
Dünya
13:44 / 28.02.2024
Amerika şirkəti Putinin hara getdiyini izləyib - DETALLAR
Hazırda oxunan: Amerika şirkəti Putinin hara getdiyini izləyib - DETALLAR
Hazırda oxunan: Amerika şirkəti Putinin hara getdiyini izləyib - DETALLAR
180270
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.