Mayotta adasında (Hind okeanında Fransanın xarici ərazisi) doğulmuş əcnəbilərin uşaqlarının torpaq hüququ əsasında Fransa vətəndaşlığı almaq imkanı milli qanunvericilikdən çıxarılacaq.
Bizim.Media TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Fransanın daxili işlər naziri Jerald Darmanin məlumat verib.
“Əgər siz fransız valideynlərin övladı deyilsinizsə, artıq fransız olmaq mümkün olmayacaq. Bu yolla Paris miqrantlar üçün Mayottanın cəlbediciliyini sıfıra endirəcək”, deyə nazir qeyd edib.
Qeyd edək ki, son zamanlar Mayotta Afrika ölkələrindən və qonşu Komor adalarından əhəmiyyətli miqrant axını ilə üzləşib.
Bizim.Media
- A-
- A
- A+
Dünya
14:06 / 11.02.2024
Fransa miqrant uşaqlarını vətəndaşlıq hüququndan məhrum edəcək
Hazırda oxunan: Fransa miqrant uşaqlarını vətəndaşlıq hüququndan məhrum edəcək
Hazırda oxunan: Fransa miqrant uşaqlarını vətəndaşlıq hüququndan məhrum edəcək
177650
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.