Müxalif partiyaların alyansı MSK-nın bülletenləri sayıb qurtarmağını gözləyir. Saat 12-də MSK hələ 80 faiz bülletenlərin nəticəsini elan etmişdi.
Əgər səsvermənin nəticələri “Gürcü arzusu”nun xeyrinə olarsa, müxalifət hakimiyyətin arzusunu gözündə qoyacağını vəd edib.
Qonşu ölkədə noyabrın ilk günün “qızmar” keçəcəyinə işarələr var. Polis MSK-nı dörd tərəfdən mühasirəyə götürüb mühafizə edir.
Saakaşvili isə Ukraynadan tərəfdaşlarına göstərişlər verərək bildirib ki, bizə heç bir post lazım deyil, biz Gürcüstanın gələcəyini dəyişmək istəyirik: “Şəxsən mənə qalanda, mənim istəyim baş nazir postu, falan deyil. Mən sadəcə vətənimə dönə bilmək istəyirəm”.
Bizim.Media Gürcüstandakı hadisələri izləməkdə davam edir.
Bizim.Media