Tarixdə İLK: Türk astronavt kosmosa uçmağa hazırdır - FOTO/VİDEO

Tarixdə İLK: Türk astronavt kosmosa uçmağa hazırdır - FOTO/VİDEO

Hazırda oxunan: Tarixdə İLK: Türk astronavt kosmosa uçmağa hazırdır - FOTO/VİDEO

174086

İlk türk astronavt Alper Gezeravcı kosmosa uçmağa hazırdır.

Bizim.Media xəbər verir ki, bu barədə SpaceX məlumat yayıb.

Bildirilib ki, Beynəlxalq Kosmik Stansiyaya gedəcək kosmos gəmisinin oturacaqları uçuş mövqeyinə gətirilib və yoxlamalar tamamlanıb.

Planlaşdırılan uçuş vaxtı yanvarın 19-na keçən gecə Bakı vaxtı ilə saat 01:49-a təyin edilib.

Qeyd edək ki, türk astronavt Beynəlxalq Kosmik Stansiyada 14 gün qalacaq və 13 fərqli elmi təcrübə həyata keçirəcək. ABŞ-ın Florida ştatından Beynəlxalq Kosmik Stansiyaya yola düşəcək “Ax-3” heyətinə türk astronavtla yanaşı, missiyanın rəhbəri ispaniyalı astronavt Michael Lopez-Alegria, İtaliya Hərbi Hava Qüvvələrinin pilotu Valter Villadei və Avropa Kosmik Agentliyi adından isveçli kosmonavt Markus Vandt daxildir.
 

 



Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO