Böyük Britaniya Kraliçası II Yelizavetanın əri Şahzadə Filip 99 yaşında vəfat edib.
Bizim.Media xəbər verir ki, Bukingem Sarayı Edinburq hersoqunun ölümü ilə bağlı məlumatları təsdiqləyib:
"Əlahəzrət Kraliça sevimli əri Edinburq hersoqu Şahzadə Filipin ölümünə görə dərin təəssüf hissi keçirir".
Filipin bu gün səhər Vindsor qalasında dünyasını dəyişdiyi deyilir.
O, Kral VII Edvard xəstəxanasında müalicə aldıqdan sonra martın 1-də Londondakı Barfolomey xəstəxanasına aparılıb.
Filip 65 ilini Kraliçanı dəstəkləməklə keçirib. 2017-ci ildə ictimai fəaliyyətindən ayrılıb və o zamandan bəri praktiki olaraq gözdən kənarda qalıb.
Kraliça 1997-ci ildə 50 illik yubileyləri münasibəti ilə etdiyi bir çıxışda onu güclü insan adlandırıb.
Bizim.Media

- A-
- A
- A+
Dünya
15:27 / 09.04.2021
II Yelizavetanın həyat yoldaşı Şahzadə Filip vəfat etdi – 100-ə az qalmışdı - VİDEO
Hazırda oxunan: II Yelizavetanın həyat yoldaşı Şahzadə Filip vəfat etdi – 100-ə az qalmışdı - VİDEO
Hazırda oxunan: II Yelizavetanın həyat yoldaşı Şahzadə Filip vəfat etdi – 100-ə az qalmışdı - VİDEO
17336
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.