Rusiyada qadın 24 milyonluq ofis kağızı OĞURLAYIB özünə ev və maşın ALDI  

Rusiyada qadın 24 milyonluq ofis kağızı OĞURLAYIB özünə ev və maşın ALDI  

Hazırda oxunan: Rusiyada qadın 24 milyonluq ofis kağızı OĞURLAYIB özünə ev və maşın ALDI  

168840

Rusiyada qadın çalışdığı ofisdən 24 milyon rubl dəyərində kağız oğurlayaraq özünə mənzil və maşın alıb. 

Bizim.Media Rusiya mətbuatına istinadən xəbər verir ki, hadisə Samara vilayətində baş verib. 

2020-ci ilin mayından 2021-ci ilin oktyabrına qədər Samarada şirkətlərin birində təchizat meneceri işləyən Anastasiya adlı qadın ümumi dəyəri 24 milyondan (266 028 ABŞ dolları) çox olan 112 000 qutu ofis kağızı oğurlayıb. 

Onun bunu necə həyata keçirdiyi indi istintaq tərəfindən aydınlaşdırılır. Anastasiyanın oğurladıqlarını dostlarına satdığı məlum olub. 

Bu pulla o, özünə mənzil və “Mercedes-Benz” markalı avtomobil alıb. Prokurorluğun iddiasına görə, o, cinayət təqibindən xəbər tutaraq, mənzili ucuz qiymətə satıb və qaçıb. Onun hazırda BƏƏ-də gizləndiyi deyilir. Qadın beynəlxalq axtarışa verilib. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO