İstanbula ilin ilk qarı yağdı

İstanbula ilin ilk qarı yağdı

Hazırda oxunan: İstanbula ilin ilk qarı yağdı

165050

Noyabrın 19-da İstanbulun bəzi rayonlarına ilin ilk qarı yağıb.

Bizim.Media xəbər verir ki, Türkiyənin bəzi bölgələrində anidən dəyişən hava şəraiti səbəbindən İstanbulda temperatur mənfi düşüb. Artıq iki gündür şəhərdə yağan leysan və güclü küləyin ardından, gecə saatlarından etibarən qar yağmağa başlayıb. Qar əsasən Ümraniye, Beykoz, Çekmeköy, Üsküdar ve Kartal bölgələrinin yüksək hissələrində daha çox düşüb.

Ümumiyyətlə, Türkiyənin əksər bölgələrinə yağan qar bəzi çətinliklərə də səbəb olub. Belə ki, bəzi bölgələrdə yollar buz bağlayıb, avtomobillərin görüş məsafəsi 30 metrədək məhdudlaşıb.

Qeyd edək ki, son bir neçə ildir dünyada yaşanan iqlim dəyişikliyi Türkiyədə, xüsusilə ölkənin Mərmərə bölgəsində hava temperaturunun mövsüm normalarından yüksək olması və yağıntının əhəmiyyətli dərəcədə azalmasına səbəb olub. Bu da quraqlıqla nəticələnib. Son bir ayın hesablamalarına görə, İstanbulun böyük qismini içməli su ilə təmin edən əsas hövzələrin bəzilərində doluluq səviyyəsi 3 faizədək azalıb.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO