ABŞ prezidenti Co Bayden Çin lideri Si Szinpinlə görüşdə çaşqınlıq yaşayıb.
Bizim.Media xəbər verir ki, bunu keçmiş dövlət başçısı Donald Tramp Ayova ştatında tərəfdarları qarşısında çıxışı zamanı deyib.
“San-Fransiskoda Çinlə keçirilən sammitdə Bayden elə görünürdü ki, onun harada olduğu, nə baş verdiyi və nə etməli olduğu barədə heç bir fikri yoxdur”, – Tramp qeyd edib.
Keçmiş prezident həmçinin Baydeni korrupsioner adlandırıb və onun Çinə aid olduğunu vurğulayıb.
“Liderimiz kütbeyindir. O, səhnədən düşə bilmir”, - Tramp əlavə edib.
Bizim.Media