Frankofoniya təşkilatında növbəti Fransa və Ermənistan FİASKOSU

Frankofoniya təşkilatında növbəti Fransa və Ermənistan FİASKOSU

Hazırda oxunan: Frankofoniya təşkilatında növbəti Fransa və Ermənistan FİASKOSU

163811

Bu günlərdə, Fransanın təsisçisi olduğu Frankofoniya təşkilatının nazirlər görüşü Kamerunda öz işini yekunlaşdırdı.

Bizim.Media xəbər verir ki, Azərbaycanın sentyabr ayında həyata keçirdiyi antiterror tədbirlərindən sonra bütün beynəlxalq platformalarda ölkəmizə qarşı qarayaxma kampaniyası aparan Fransa və Ermənistan təşkilatın bu iclasında da bəzi ilkin cəhdlər etsələr də, onların bu səyləri heç bir nəticə vermədi.

Kamerunda Azərbaycanın sədri olduğu Qoşulmama Hərəkatının Frankofoniya daxilində qrupunun təsis edilməsi, bu ölkələrin Azərbaycana göstərdiyi dost münasibət Ermənistanın bu səylərinin uğursuz olacağını əvvəlcədən deməyə əsas verdi.
Bununla yanaşı, ötən ilin noyabr ayında Frankofoniya təşkilatının Tunisdəki sammitində, Azərbaycan üzv olmadığı bir təşkilatda Fransa və Ermənistanın bütün səylərinə baxmayaraq irəli sürülmüş qətnamədə Azərbaycan əleyhinə bəndlərin əksəriyyətinin rədd edilməsi və qətnamə üzrə səylərin istənilən nəticə verməməsi Fransa və Ermənistanı Kamerunda bu kimi cəhdlərdən əl çəkməyə məcbur etdi. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO