Macarıstanın baş naziri Viktor Orban Türk Dövlətləri Təşkilatının sammitində iştirak etmək üçün Qazaxıstana səfər edib.
Bizim.Media xəbər verir ki, səfər çərçivəsində o, Qazaxıstan prezidenti Kasım Comərd Tokayevlə görüşüb.
“Qazaxıstanda sizi yaxşı tanıyırlar və hörmət edirlər, çünki əslən qıpçaqsınız. Deyə bilərik ki, siz əcdadlarınızın vətəninə gəlmisiniz”, – Qazaxıstan lideri Orbana belə deyib.
"Evə gəlmək həmişə xoşdur" deyə Orban cavab verib. O, əlavə edib ki, qazaxlarla macarların ortaq kökləri var.
Bizim.Media