Baş nazirin müavini təyyarədə cərimələndi – SƏBƏB

Baş nazirin müavini təyyarədə cərimələndi – SƏBƏB

Hazırda oxunan: Baş nazirin müavini təyyarədə cərimələndi – SƏBƏB

16173

"Krım Respublikası"nın Baş nazirinin müavini Yevgeni Kabanov təyyarədə maska taxmaqdan imtina etdiyi üçün cərimələndiyini və cərimə ödəmək niyyətində olduğunu söyləyib.

Bizim.Media xəbər verir ki, bu haqda məlumatı “RİA Novosti” agentliyi yayıb.

Mənbə yazır ki, hadisə 23 fevralda Moskvadan Simferopola uçan təyyarənin göyərtəsində baş verib. Hadisənin videosu sosial şəbəkələrdə peyda olub.

"O zaman mən tətildə idim, Moskvadan qayıdırdım. Hadisədən sonra inzibati protokol tərtib edildi, mənə cərimə şəklində cəza verildi.

Məhkəmə qərarını qətiliklə icra edəcəyəm". Kabanov “Krım-24” televiziya kanalına müsahibəsində belə deyib.

Hadisəni jurnalistlərə şərh edən Krım rəhbəri Sergey Aksenov deyib ki, məmurlar tərəfindən hər kəs üçün müəyyən edilmiş qaydaların pozulması qəbuledilməzdir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO