Türkiyə ilə ticarət dövriyyəsinin həcmi 5,5 milyard dolları ÖTDÜ  

Türkiyə ilə ticarət dövriyyəsinin həcmi 5,5 milyard dolları ÖTDÜ  

Hazırda oxunan: Türkiyə ilə ticarət dövriyyəsinin həcmi 5,5 milyard dolları ÖTDÜ  

156623

Bu ilin yanvar-avqust aylarında Azərbaycanın Türkiyə ilə ticarət dövriyyəsinin ümumi həcmi ötən ilin müvafiq dövrünə nisbətdə 1,64 milyard ABŞ dolları və ya 42,4 faiz artaraq 5,5 milyard dolları üstələyib.  

Bizim.Media xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin hesabatında əks olunub.  

Hesabata görə, cari ilin ilk 8 ayında Azərbaycandan Türkiyəyə 4 milyard dollar dəyərində məhsul ixrac edilib ki, bu da 2022-ci ilin eyni göstəricisindən 1,54 milyard dollar və ya 63 faiz çoxdur. 

Türkiyədən Azərbaycana idxal edilən məhsulların dəyəri isə 6,9 faiz və ya 98,4 milyon dollar artaraq 1,52 milyard dollar təşkil edib. 
Cari ilin yanvar-avqust aylarının nəticələrinə görə, ölkənin ümumi ticarət dövriyyəsində Türkiyə ilə ticarətin payı 15,57 faiz təşkil edib ki, bu da bir il öncəki göstəricini 4,51 faiz bəndi üstələyir. 

Rövşən Ziya, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO