Putin Baydeni məğlub edib – Hesab 1-0 onun xeyrinədir – “Die Zeit” nəşri 

Putin Baydeni məğlub edib – Hesab 1-0 onun xeyrinədir – “Die Zeit” nəşri 

Hazırda oxunan: Putin Baydeni məğlub edib – Hesab 1-0 onun xeyrinədir – “Die Zeit” nəşri 

15451

Baydenin Vladimir Putinə qarşı ittihamlarının əsaslı olub-olmamasının əhəmiyyəti yoxdur.

Bizim.Media xəbər verir ki, bu barədə  "Die Zeit" nəşri yazır. 

Jurnalist Mixael Tyumannın yazdığı məqalədə bildirilir ki, belə sərt sözləri geri götürmək çətin olacaq. Bu iki prezident arasındakı münasibətlərə güclü təsir göstərəcək. Putin də həmkarının cavabını kifayət qədər sərt verib.

 

MÖVZU İLƏ BAĞLI:

“Baydenlə uşaq dilində danışmaq lazımdır” – Putin də rəqibini lağa qoydu


Bu baxımdan yeni eskalasiya təhlükəsi yaranırmı?

Müəllif qeyd edir ki, bu sərt ritorikaya baxmayaraq, Bayden Rusiya ilə bütün körpüləri yandırmayacaq. 2014-cü ildə bu gərginlik daha şiddətli idi. Obama da Krımın ilhaqından sonra Putinə qarşı kəskin ifadələr işlətmişdi və Moskva onda daha qəzəbli hərəkətlər nümayiş etdirirdi. 

Tyumann yazır ki, onsuz da indi hesab 1-0 Putinin xeyrinədir. Çünki o öz cavabında Baydeni sağlam düşünmək imkanında olmadığını qeyd edərək ona "sağlamlıq" arzulayıb.

Bu da kifayət qədər ağır ittihamdır. 

Nəşr onu da qeyd edir ki, iki ölkə arasında münasibətlər soyuq ola bilər, lakin onlar arasında dialoq nə olursa olsun davam edəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO