Meqan Marklın şəxsi məlumatları ələ keçirilib

Meqan Marklın şəxsi məlumatları ələ keçirilib

Hazırda oxunan: Meqan Marklın şəxsi məlumatları ələ keçirilib

15426

Los-Anceles şəhərində yaşayan xəfiyyələrdən biri Şahzadə Harrinin həyat yoldaşı Meqan Marklın mobil nömrələrinə müdaxilə etdiyini etiraf edib.

Bizim.Media xarici mətbuata istinadən bildirir ki, Denyl Hənks adlı xəfiyyə “The Sun” qəzetinin tapşırığı ilə Marklın icazəsi olmadan onun telefon nömrələrindən şəxsi məlumatlarını ələ keçirib.

Bu haqda "BBC" kanalına müsahibə verən Hənks, nömrələr vasitəsi ilə Meqana və kral ailəsinə məxsus bir çox şəxsi məlumatları ifşa etdiyini bildirib.

“The Independent” nəşrində yer alan məlumatda isə, “The Sun” qəzetinin rəhbəri həmin xəfiyyəyə belə bir tapşırıq verilmədiyini deyib. (Axsam.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO