İsrail ABŞ-dan daha 25 ədəd F-35 təyyarəsi alacaq

İsrail ABŞ-dan daha 25 ədəd F-35 təyyarəsi alacaq

Hazırda oxunan: İsrail ABŞ-dan daha 25 ədəd F-35 təyyarəsi alacaq

153444

İsrail Müdafiə Nazirliyi ABŞ-dan üçüncü eskadrilyanı təşkil edəcək 25 ədəd F-35 qırıcı təyyarəsinin alınması prosesinə rəsmən başlayıb.

Bizim.Media xəbər verir ki, bu barədə İsrailin Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, İsrail ABŞ-dakı F-35 Birgə Proqram Ofisinə təyyarələrin alınması ilə bağlı rəsmi sorğu göndərib. Bundan sonra təchizat müqaviləsi imzalanmalıdır. Sövdələşmənin yaxın aylarda tamamlanacağı gözlənilir.
İsrail Müdafiə Qüvvələrinə təyyarələrin yeni partiyasının tədarükü 2027-ci ildə başlayacaq və üç ildə yekunlaşacaq.

Bununla da İsrail Hərbi Hava Qüvvələrində F-35 qırıcı təyyarələrinin sayının 75-ə çatacağı gözlənilir.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO