Aİ Ukrayna üçün FOND YARADIR - İldə 5 milyard avro ayrılacaq  

Aİ Ukrayna üçün FOND YARADIR - İldə 5 milyard avro ayrılacaq  

Hazırda oxunan: Aİ Ukrayna üçün FOND YARADIR - İldə 5 milyard avro ayrılacaq  

152991

Avropa İttifaqı (Aİ) Ukraynaya 2024-2027-ci illər üçün ildə 5 milyard avro həcmində hərbi yardımın ayrılacağı fond yaratmaq niyyətindədir. 

Bizim.Media TASS-a istinadən xəbər verir ki, bu barədə Aİ diplomatiyasının rəhbəri Jozep Borrell məlumat verib. 

O, İspaniyanın Toledo şəhərində keçirilən birlik ölkələrinin müdafiə nazirlərinin qeyri-rəsmi görüşündən sonra təşkil edilən mətbuat konfransında bildirib ki, 2024-2027-ci illər ərzində Avropa Sülh Fondu çərçivəsində işləyəcək fond yaratmağı təklif edib.

Bu fond Ukraynaya dəstəyin əsas elementi sayılacaq: 

“Ümid edirəm ki, ən qısa zamanda razılıq əldə olunacaq, ümidvaram ki, ən uzağı ilin sonuna qədər bu reallaşacaq”. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO