Rusiya məhkəməsindən Rövşən Əsgərovla bağlı QƏRAR 

Rusiya məhkəməsindən Rövşən Əsgərovla bağlı QƏRAR 

Hazırda oxunan: Rusiya məhkəməsindən Rövşən Əsgərovla bağlı QƏRAR 

152914

Moskvanın Savelovsk məhkəməsi azərbaycanlı jurnalist və “Nə? Harada? Nə zaman?” televiziya oyununun iştirakçısı Rövşən Əsgərovu 40 min rubl həcmində cərimə edib. 

Bizim.Media TASS-a istinadən xəbər verir ki, məhkəmə R.Əsgərovu xarici agent qaydalarını pozmaqda təqsirli bilib. 

Xatırladaq ki, Rövşən Əsgərov 2022-ci ilin dekabrında Rusiyada xarici agent siyahısına daxil edilib. 

Qeyd edək ki, daha əvvəl Moskva Şəhər Məhkəməsi Rövşən Əsgərov barəsində qiyabi həbs qərarı çıxarmışdı. Əsgərov nasizmi reabilitasiya etməkdə ittiham olunur. Belə ki, ötən ilin aprelində ona qarşı cinayət işi qaldırılıb. İstintaqın məlumatına görə, telejurnalist sosial şəbəkədə SSRİ marşalı Georgi Jukovun xatirəsini ləkələyən yalan məlumat yayıb. 
Bundan əvvəl Rusiya Daxili İşlər Nazirliyi onu axtarışa vermişdi. Bununla bağlı açıqlama verən Əsgərov uzun müddət Rusiyada yaşamadığını və ekstradisiyadan qorxmadığını bildirib. 

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO