"CZN Burak" həbs edilə bilər – FOTO  

Hazırda oxunan: "CZN Burak" həbs edilə bilər – FOTO  

151073

Türkiyədə "CZN Burak" kimi tanınan məşhur fenomen Burak Özdemir aldadıldığını iddia etdiyi atası ilə məhkəməyə gedib, sonra barışıb. 

Bizim.Media “CNN Türk”ə istinadən xəbər verir ki, B. Özdemir və atasına qarşı ”Şəhər Mühafizəsi Sahəsi”ndə icazəsiz tikinti işləri apardıqları barədə 5 ilə qədər həbs tələbi ilə iddia qaldırılıb. 

İstanbul Asliye Cəza Məhkəməsində keçirilən ilk iclasda müttəhim İsmayıl Özdəmir və vəkilləri iştirak edib. İclasda Burak Özdemiri vəkili təmsil edib. 

İclasda cavabdeh qismində İsmail Özdemir sözügedən daşınmaz əmlakın ona aid olduğunu bildirib və bəraət hökmünün çıxarılmasını istəyib. 

Təqsirləndirilən Burak Özdemirin vəkili onun xaricdə olduğunu və ittiham olunan cinayəti qəbul etmədiklərini bildirib. 

İttiham aktında qeyd olunub ki, ərazidə aparılan işlər üçün icazə sənədi olmayıb. Məhkəmə iclası təxirə salınıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO