Ağ Evin mətbuat katibi Jen Psaki ABŞ prezidenti Co Baydenin rus həmkarı Vladimir Putin haqqında söylədikləri sözlərin "məcazi" mənada olub-olmadığını aydınlaşdırmaqdan imtina edib.
Bizim.Media xəbər verir ki, Bayden bir gün əvvəl ABC News-a verdiyi müsahibəsində rus həmkarını "qatil" hesab edib-etməyəcəyi ilə bağlı jurnalistin sualını cavablandırarkən “Bəli” cavabını vermişdi.
MÖVZU İLƏ BAĞLI:
Bayden Putini "qatil" adlandırdı
Onun fikrincə, Putin Amerika seçkilərinə etdiyi müdaxiləyə görə "cavab verməlidir".
Psaki mövzu ilə bağlı "Əlavə edəcək sözüm yoxdur" deyib:
“Bayden əvvəllər də bəyan etmişdi ki, Rusiya rəhbərliyi ilə birbaşa təmaslarda, həm də digər ictimai tədbirlərdə öz mövqeyini açıq şəkildə ifadə etməkdən çəkinməyəcək”.
Bizim.Media