Gürcüstanda torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 26-ya ÇATDI 

Gürcüstanda torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 26-ya ÇATDI 

Hazırda oxunan: Gürcüstanda torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 26-ya ÇATDI 

150988

Gürcüstanın Şovi kurortu ərazisində torpaq sürüşməsi nəticəsində itkin düşmüş şəxslərin axtarışları davam etdirilir. 

Bizim.Media xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb. 

Məlumata görə, avqustun 15-də günün ikinci yarısında daha bir nəfərin cəsədi torpaq altından çıxarılıb. Bununla da torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 26 nəfərə çatıb.

Daha 7 nəfər itkin düşmüş şəxsin axtarışı isə davam etdirilir. Nazirlikdən verilən məlumata görə, ümumilikdə fəlakətin episentrindəki torpaq kütləsinin 90 faizi artıq yoxlanılıb - 18 yerdə isə axtarış işləri davam etdirilir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO