"NATO olan yerdə müharibə yoxdur. Buna görə də bütün ölkələr Sovet İttifaqının ayaqları, əlləri və Putinin vəsvəsəsi ilə geri dönəcəyindən qorxaraq NATO-ya üzv olublar. Biz isə NATO-ya üzvlük üçün can atmırıq. Ukrayna Ordusu öz ərazisində döyüşür”.
Bizim.Media xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski deyib.
O qeyd edib ki, Rusiya Federasiyası Ukraynaya NATO-ya üzv olacağı təqdirsə minnətdar olmalıdır:
“Bəli bu belədir. Çünki bu, Rusiya üçün təhlükəsizlikdir, Ukraynanın NATO-ya daxil olması Rusiya üçün xilasdır. Bu, o deməkdir ki, Ukrayna gələcəkdə Rusiyanın ərazisinə heç vaxt gəlməyəcək və ərazi iddiasına qalxmayacaq”.
Zelenski əmindir ki, NATO ölkələri xüsusən də Baltikyanı ölkələr Rusiya Federasiyası ilə müharibədən çəkinmək üçün Ukrayna hərbçilərinin öz ərazilərində yerləşdirilməsinə və sərhədlərini qorumasına çox şad olardılar.
Bizim.Media