ABŞ-da masaj salonlarına silahlı hücum: 7 ölü, 2 yaralı var

ABŞ-da masaj salonlarına silahlı hücum: 7 ölü, 2 yaralı var

Hazırda oxunan: ABŞ-da masaj salonlarına silahlı hücum: 7 ölü, 2 yaralı var

14976

ABŞ-ın Atlanta şəhərində və ətrafında yerləşən masaj salonlarına edilən silahlı hücum olub. Nəticədə yeddi nəfər ölüb, iki nəfər isə yaralanıb.

Bu barədə Bizim.Media “TASS”a istinadən istinadən xəbər verir.

Mənbə yazır ki, ilk hadisə Atlanta yaxınlığındakı Çeroki dairəsində yerləşən masaj salonunda baş verib. Naməlum şəxs insanlara atəş açıb. Nəticədə üç nəfər ölüb, ikisi isə xəsarət alıb. Hadisəni törədən şəxs ərazidən qaça bilib.

Bundan başqa şəhərin şimal hissəsində yerləşən daha iki masaj salonunda da analoji hadisə olub. Bu hücumlar zamanı dörd nəfər həyatını itirib.

Artıq hüquq mühafizə orqanlarının əməkdaşları avtomobil yollarını bağlayıb, cinayəti törədənlər axtarılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO