Ərdoğan sabah Azərbaycan-Ermənistan normallaşma prosesini müzakirə edəcək

Ərdoğan sabah Azərbaycan-Ermənistan normallaşma prosesini müzakirə edəcək

Hazırda oxunan: Ərdoğan sabah Azərbaycan-Ermənistan normallaşma prosesini müzakirə edəcək

149709

Sabah Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Prezident Kabinetinin iclası keçiriləcək.

Bizim.Media xəbər verir ki, iclasın gündəliyində Cənubi Qafqazda baş verən proseslər və Azərbaycanla Ermənistan arasında normallaşma prosesi də yer alıb.

İclasda, həmçinin, daxili və xarici siyasətdəki inkişaflar dəyərləndiriləcək, iqtisadiyyat və bəzi Qərb ölkələrində terror təşkilatı üzvlərinin əməlləri də prioritet mövzular arasında olacaq.

Bundan başqa, xarici siyasətin aparıcı mövzularından biri Rusiya Prezidenti Vladimir Putinin Türkiyəyə səfəri olacaq. Putinin təmaslarına hazırlıq nəzərdən keçiriləcək.

Eyni zamanda, Qara Dəniz Taxıl Təşəbbüsünü canlandırmaq səyləri, eləcə də İsveç başda olmaqla, bəzi Qərb ölkələrində Qurana qarşı ardıcıl hücumlar müzakirə ediləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO