İmran Xan həbs edildi, tərəfdarları aksiyalara BAŞLADI - VİDEO 

İmran Xan həbs edildi, tərəfdarları aksiyalara BAŞLADI - VİDEO 

Hazırda oxunan: İmran Xan həbs edildi, tərəfdarları aksiyalara BAŞLADI - VİDEO 

149598

Xəbər verdiyimiz kimi Pakistanın keçmiş Baş Naziri və Ədalət Hərəkatı Partiyasının sədri İmran Xan 3 il müddətinə azadlıqdan məhrum edilib. 

Bizim.Media xəbər verir ki, onun tərəfdarları etiraz əlaməti olaraq aksiyalara başlayıblar.
 

MÖVZU İLƏ BAĞLI:

İmran Xana 3 il  həbs VERİLDİ  – Onu aparan avtomobil karvanı – VİDEO


Polis təhlükəsizlik tədbirləri ilə əlaqədar olaraq İmran Xanın evini mühasirəyə alıb. İmran Xan tərəfdarları isə hökumətdən keçmiş baş nazirin dərhal azadlığıa buraxılmasını tələb edirlər. 

Qeyd edək ki, İmran Xan 2018-2022-ci illərdə Pakistanın Baş naziri olub. 2022-ci ilin aprelində ona etimadsızlıq göstərilib və oktyabr ayında seçkidən kənarlaşdırılıb. Ardınca da beş il müddətinə dövlət vəzifəsində işləmək hüququndan məhrum edilib. 

9 may 2023-cü ildə İmran Xan polis tərəfindən saxlanılıb. O və həyat yoldaşı Büşra Bibi korrupsiyada və Əl-Qadir Universitetinin yaradılmasında büdcədən 50 milyard Pakistan rupisi (təxminən 175 milyon dollar) mənimsəmək üçün ailə fondu olan "Əl-Qadeer Trust"dan istifadə etməkdə ittiham olunurdular.
Mayın 10-da məhkəmənin onu həbs etməsi ölkədə kütləvi etirazlara səbəb olub. Mayın 11-də həbsi qanunsuz elan edilib və keçmiş baş nazir zaminə buraxılıb. 

Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO