Qum fırtınası Monqolustandan Pekinə çatdı - VİDEO

Qum fırtınası Monqolustandan Pekinə çatdı - VİDEO

Hazırda oxunan: Qum fırtınası Monqolustandan Pekinə çatdı - VİDEO

14754

Çinin paytaxtında qum fırtınası müşahidə olunur.

Bizim.Media xəbər verir ki, bu haqda məlumatı Pekinin ekologiyanın və ətraf mühitin monitorinqi mərkəzi yayıb.

Mənbə bildirir ki, qonşu Monqolustanda yaranan fırtına səhər saatlarında Çinin şimal hissəsində, o cümlədən paytaxt Pekində səmanı sarı rəngə boyayıb.

Havanın çirklilik indeksi 1000-i ötüb. İnsanlara evlərindən çıxmamaq tövsiyə olunub.

Gözlə görmə məsafəsinin kəskin azalması nəqliyyatın hərəkətində problemlərə səbəb olub.

Bizim.Media
 



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO