Fransa Ermənistana silah tədarük etməyə başladı

Fransa Ermənistana silah tədarük etməyə başladı

Hazırda oxunan: Fransa Ermənistana silah tədarük etməyə başladı

147025

Bir müddət əvvəl Azərbaycan mətbuatı Fransanın Ermənistanı silahlandırmağa başladığı haqda məlumat vermişdi. Bu gün isə dolayısı ilə təsdiq edilib ki, 50 zirehli transportyordan ibarət Fransa hərbi texnikasının ilk partiyası artıq İrəvana göndərilib.

Bizim.Media xəbər verir ki, Fransa Senatının sədri Jerar Larşe Ermənistan parlamentinin sədri Alen Simonyanı qəbul etdikdən sonra öz Tvitter səhifəsində bu informasiyanı təsdiq edib.

"Ermənistanın təhlükəsizliyini təmin etmək üçün müdafiə silahlarının təcili bu ölkəyə göndərilməsini tələb etdim”, deyə o, qeyd edib.

Alen Simonyanın və Ermənistan Müdafiə Nazirliyinin aparatında jurnalistlərin "Fransa Ermənistanı sistemli şəkildə silahlandırmağa başlayıbmı?" sualı cavabsız qalıb.

Amma hakim “Vətəndaş müqaviləsi” partiyasından olan deputat, parlamentin müdafiə komitəsinin sədr müavini Armen Xaçatryan bildirib ki, İrəvan silah alışı ilə bağlı bütün ölkələrlə fəal işləyir. 

Eyni zamanda o vurğulayıb ki, hazırda Rusiyadan silah alışı dayandırılsa da, silahlanma məsələsində hələ də Ermənistanın əsas müttəfiqi sayılır.

“Məlum səbəblərdən Rusiya uzun müddətdir ki, Ermənistanın silaha olan tələbatını ödəyə bilmir”, - Xaçatryan qeyd edib. - “Əlbəttə, biz ordumuzu təchiz etmək üçün bütün dünyada tərəfdaşlar axtarmağa məcburuq”.
Xatırladaq ki, baş nazir Nikol Paşinyan və Ermənistan rəhbərliyinin digər nümayəndələri də dəfələrlə bəyan ediblər ki, Rusiya İrəvandan yüz milyonlarla dollar almasına baxmayaraq əlavə silah tədarükü ilə bağlı öhdəliklərini yerinə yetirməyib. 

Rusiya ermənilərə silah tədarükünü dayandırdıqdan sonra Paşinyan hökuməti yeni tərəfdaşlar tapmaq üçün israrlı cəhdlərə başlayıb. Nəticədə, 2022-ci ildə Hindistan və Ermənistan arasında yüz milyonlarla dollar dəyərində müqavilələr imzalanıb və bu müqavilələrə əsasən, Ermənistan Hindistandan raket və hava hücumundan müdafiə sistemləri, özüyeriyən və yedəkli minaatanlar və digər silahlar alır.

İrəvan həm də Afina ilə hərbi-texniki əməkdaşlığı gücləndirməyə çalışır. Xüsusilə, yunanlar Ermənistana xüsusi təyinatlıların hazırlanmasında yardım edir.

Fransaya gəlincə, 44 günlük müharibədən əvvəl Paris rəsmi də olsa, vasitəçilik missiyasına sadiq qalaraq, münaqişə tərəflərinə silah satmaqdan imtina edib. Lakin müharibədən sonra Fransa Azərbaycan ordusu tərəfindən darmadağın edilmiş Ermənistanın hərbi potensialını bərpa etməyə çalışır. Bu məqsədə çatmaq üçün Fransanın İrəvandakı səfirliyinə hərbi attaşe təyin edilib və Ermənistanın müdafiə naziri Suren Papikyan ötən ay Fransaya səfər edib, burada müdafiə idarəsinin nümayəndələri ilə danışıqlar aparıb, aviasiya sərgisinin açılışında iştirak edib, həmçinin Fransa sənaye kompleksinin rəhbərləri ilə görüşüb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO