Nazir hər gün stilistinə 9 min avro verir

Nazir hər gün stilistinə 9 min avro verir

Hazırda oxunan: Nazir hər gün stilistinə 9 min avro verir

146768

Almaniyanın xarici işlər naziri Annalena Berbokun stilisti hər gün federal büdcədən təxminən 9 min avro alır.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Almaniyanın “Bild” qəzeti yayıb.

Nəşrin məlumatına görə, 2022-ci ildə Berbok vergi ödəyiciləri üçün Kabinetin ən bahalı naziri olub. Onun xərcləri 136 min avroya çatıb.

Qəzet iddia edir ki, “xarici siyasətin feminist pioneri” vizajistinə gündəlik 8925 avro ödəyib.

Materialda deyilir ki, təkcə bu ilin birinci yarısında Almaniyanın federal nazirliklərində bərbərlərin, vizajistlərin, kosmetoloqların və fotoqrafların xərcləri təxminən yarım milyon avro təşkil edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO