BMT Təhlükəsizlik Şurası sabah Ukraynadakı vəziyyəti MÜZAKİRƏ EDƏCƏK

BMT Təhlükəsizlik Şurası sabah Ukraynadakı vəziyyəti MÜZAKİRƏ EDƏCƏK

Hazırda oxunan: BMT Təhlükəsizlik Şurası sabah Ukraynadakı vəziyyəti MÜZAKİRƏ EDƏCƏK

146560

Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurası Ukraynadakı vəziyyəti müzakirə etmək üçün iclas keçirəcək.

Bizim.Media xəbər verir ki, bu barədə Rusiyanın qurumdakı daimi nümayəndəsinin birinci müavini Dmitri Polyanski məlumat verib.

“Sabah, iyulun 17-də BMT Təhlükəsizlik Şurası Böyük Britaniyanın şuraya sədrliyinin tələbi ilə Ukrayna böhranının növbəti müzakirəsinə ev sahibliyi edəcək”, – Polyanski Telegram kanalında yazıb.

Onun sözlərinə görə, iclasda Qərb ölkələrinin bir neçə xarici işlər naziri iştirak edəcək. Polyanski qeyd edib ki, onlar bu görüşü “güclü anti-Rusiya şousuna” çevirməyə çalışacaqlar.

“Bizim də deyəcək sözümüz var. Sürprizlər olacaq, onları hələ burada açıqlamağa dəyməz”, – deyə Polyanski yekunlaşdırıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO