Amerika Birləşmiş Ştatlarında 800 mindən çox tələbənin 39 milyard dollarlıq kreditləri bağışlanacaq.
Bizim.Media "The Washington Post" nəşrinə istinadən xəbər verir ki, Co Bayden administrasiyası iyunun 14-də bu barədə qərar verib.
ABŞ-ın Təhsil Departamenti ilk dəfə birdəfəlik düzəliş elan etdi. Sənədə əsasən, keçən ilki gəlirə əsaslanan ödəmə planlarında borcalanlar və ya borcdan xilasetmə proqramlarına uyğun olan insanlar üçün ödəniş sayındakı qeyri-dəqiqliklər aradan qaldırılacaq.
Təhsil katibi Miguel Cardona verdiyi açıqlamasında, uzun müddətdir ki, borcalanlar bağışlanma yolunda irəliləyişlərini dəqiq izləyə bilmdiklərini bildirib:
"Biz keçmiş inzibati uğursuzluqları düzəltməklə, hər kəsin layiq olduğu bağışlanma almasını təmin edirik".
"Heritage Foundation" Təhsil Siyasəti Mərkəzinin direktoru Lindsey Burke isə bildirib ki, bu, son nəticədə kollec təhsilini artırmağa və qiymətləri qaldırmağa davam edəcək. Eyni zamanda, gələcəkdə daha çox borcalanın kreditin ləğvini tələb etməsi üçün zəmin yaradacaq.
Ancaq bu qərar bəzi respublikaçı senatorların tənqidinə səbəb olub. Çünki, ABŞ Ali Məhkəməsi Bayden administrasiyasının federal tələbə krediti borcunun 400 milyard dollardan çoxunun bağışlanmasını nəzərdə tutan bu planını rədd etmişdi. Ancaq iki həftə sonra bu qərar verildi.
Qeyd edək ki, bu plan müəyyən gəlir məhdudiyyətlərinə cavab verən on milyonlarla borcalan üçün federal tələbə borcunu 20,000 dollara qədər silə bilər. Lakin tənqidçilər iddia edirlər ki, bu plan vergi ödəyicilərini digər xalqların ödənilməmiş borcları ilə yükləyəcək və bu, qanunvericilikdəki boşluqları tapmaq üçün edilən cəhddir. Onlar hətta administrasiyanın həddindən artıq irəli getdiyini iddia edirlər və belə fikir səsləndirirlər ki, məhkəmə qərarından sonra administrasiya həqiqətən öz səlahiyyətlərindən sui-istifadə edir.
Nümayəndələr Palatasının Təhsil Komitəsinin sədri, Virciniya Foksun sözlərinə görə, Bayden administrasiyasının Ali Məhkəmədən yan keçmək üçün atdığı siyasi cəhdi açıq şəkildə utancvericidir:
"Bayden administrasiyası qanunun aliliyini tapdalayır, borcalanları incidir və vergi ödəyicilərini sui-istifadə edir. Hakimiyyətə gəldikləri ilk gündən borcalanları kreditlərini qaytarmamağa təşviq etdi və vergi ödəyicilərinin hesabı ödəmələrini gözlədi".
Rövşən Ziya, Bizim.Media
- A-
- A
- A+
Dünya
15:52 / 15.07.2023
Mühüm QƏRAR - 39 milyard dollarlıq tələbə krediti BAĞIŞLANACAQ
Hazırda oxunan: Mühüm QƏRAR - 39 milyard dollarlıq tələbə krediti BAĞIŞLANACAQ
Hazırda oxunan: Mühüm QƏRAR - 39 milyard dollarlıq tələbə krediti BAĞIŞLANACAQ
146385
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.