Yaponiyanın Baş naziri ABŞ-a gedəcək - Baydenlə görüşən ilk əcnəbi lider olacaq 

Yaponiyanın Baş naziri ABŞ-a gedəcək - Baydenlə görüşən ilk əcnəbi lider olacaq 

Hazırda oxunan: Yaponiyanın Baş naziri ABŞ-a gedəcək - Baydenlə görüşən ilk əcnəbi lider olacaq 

14628

Yaponiyanın Baş naziri Yoşihide Suqa ABŞ Prezidenti Co Baydenlə görüşmək üçün aprelin birinci yarısında Vaşinqtona səfər edəcək.

Bizim.Media xəbər verir ki, bu barədə Yaponiya Nazirlər Kabinetinin Baş katibi Kato Katsunobu Tokioda keçirilən mətbuat konfransı zamanı bildirib.

Yaponiyanın Baş naziri Yoşihide Suqa cari ilin yanvarında ABŞ Prezidenti seçilən Co Baydenlə görüşən ilk əcnəbi lider olacaq.

K.Katsunobu qeyd edib ki, hər iki tərəf koronavirusun yayılmasının qarşısının alınması ilə bağlı ciddi tədbirlərin həyata keçirilməsinin zəruriliyi barədə vahid mövqe nümayiş etdirir.

Yaponiya nümayəndə heyətinin tərkibində təqribən 90 nəfərin olacağını qeyd edən Baş katib bildirib ki, Baş nazir də daxil olmaqla, onların hamısına səfər ərəfəsində iki doza vaksin vurulacaq.

Y.Suqa martın 12-də hökumətin və hakim koalisiyanın rəsmi nümayəndələrinin görüşü zamanı bu səfərdən Yaponiya-ABŞ ittifaqını daha da inkişaf etdirmək üçün istifadə etməyə çalışacağını deyib:

“Baydenlə görüş zamanı hər iki tərəfin müxtəlif məsələlərlə bağlı fəaliyyətini əlaqələndirmək barədə razılıq əldə olunacaq”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO