İrəvandakı silahlı qrup 'DQR' nümayəndəsinin vasitəçiliyindən imtina edib

İrəvandakı silahlı qrup 'DQR' nümayəndəsinin vasitəçiliyindən imtina edib

Hazırda oxunan: İrəvandakı silahlı qrup 'DQR' nümayəndəsinin vasitəçiliyindən imtina edib

145494
İrəvanda polis alayının binasını ələ keçirmiş silahlı qrup bəyan edib ki, hazırda hakimiyyətlə danışıqlarda vasitəçi qismində çıxış edən Dağlıq Qarabağ separatçı rejiminin nümayəndəsi Vitali Balasanyan bundan sonra vasitəçi missiyasını həyata keçirməyəcək.
 
APA-nın “RİA Novosti”x9dyə istinadən verdiyi xəbərə görə, bunu polis binasını zəbt etmiş silahlı qrupun üzvü Varujan Avetisyan deyib.
 
Buna səbəb kimi, Vitali Balasanyanın  silahlı qrupla görüşə gələn mətbuat nümayəndələrinin  işinə mane olması qeyd olunub.    
 
“Biz vasitəçilik etmələri üçün digər şəxslərlə danışıqlar aparırıq. Vasitəçinin adı aparılan danışıqlardan sonra elan olunacaq”x9d, - deyə Avetisyan bildirib.  
 
Bundan əvvəl silahlı qrup təslim olmaq niyyətində olmadığını bəyan edib.
 
Qeyd edək ki,  iyulun 17-də bir qrup silahlı şəxs İrəvan ətrafındakı Erebuni rayonunda polis şöbəsinin binasını ələ keçirib. Onlar polis tərəfindən saxlanılmış Qarabağ müharibəsi veteranı Jirayr Sefilyanın azadlığa buraxılmasını tələb ediblər. Hücum zamanı bir polis ölüb, 5-i polis olmaqla 6 nəfər yaralanıb.
 
Hadisə yerinə toplaşan yüzlərlə mülki vətəndaşlar  silahlı şəxslərə qarşı xüsusi əməliyyat keçirəcək polislərə mane olmağa çalışırlar. İyulun 20-də etirazçılar polis xəttini yarmağa cəhd ediblər. Baş vermiş toqquşma nəticəsində 29-u polis olmaqla, 51 nəfər xəsarət alıb, 136 nəfər saxlanılıb.  
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO