Sezen Aksunu təqib edən azərbaycanlı qadın 4 il həbs oluna BİLƏR

Sezen Aksunu təqib edən azərbaycanlı qadın 4 il həbs oluna BİLƏR

Hazırda oxunan: Sezen Aksunu təqib edən azərbaycanlı qadın 4 il həbs oluna BİLƏR

145189

Azərbaycanlı fanatı Sezen Aksunun evinə hücum etdi.

Türkiyənin məşhur müğənnisi Sezen Aksunun dənizkənarı villasında dəhşətli anlar yaşanıb.  
 
Bizim.Media Türkiyə KİV-ə istinadən xəbər verir ki, bir qadın villaya daxil olaraq təhlükəsizlik xidmətinin işçilərinə hücum edib. 

Qadının müğənnini ölümlə təhdid etdiyi deyilir. Sezen Aksu eyni qadının indiyə kimi 4 dəfə evinə girməyə çalışdığını bildirib. 

Hücum edən şəxsin müğənninin Azərbaycan əsilli 47 yaşlı pərəstişkarı olduğu qeyd edilib. 

Qeyd edilib ki, türkiyəli müğənni Sezen Aksu bu əməllərinə görə azərbaycanlı pərəstişkarını məhkəməyə verib və hədə-qorxu faktı ilə bağlı cinayət işi başlanıb. 

Azərbaycan vətəndaşını (polis onun adının yalnız baş hərflərini verir - L.M) 1 ildən 4 ilə qədər həbs cəzası gözləyir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO