Əsrimizin SƏLİB YÜRÜŞÜ – Makron niyə İslama düşmən KƏSİLDİ?

Əsrimizin SƏLİB YÜRÜŞÜ – Makron niyə İslama düşmən KƏSİLDİ?

Hazırda oxunan: Əsrimizin SƏLİB YÜRÜŞÜ – Makron niyə İslama düşmən KƏSİLDİ?

144472

Avropada təkcə rusofobiya deyil, həm də islamafobiya da getdikcə güclənir. Maraqlıdır ki, Qərbin islam dünyasına güclənən nifrəti fonunda inteqrasiya da genişlənir. Son 20 ildə milyonlarla müsəlman Avropada yaşamaq hüququ qazanıb. 

Bəs, Avropada müsəlmanların sayının artması fonunda antiislam hərəkətləri niyə güclənir?

Yada salaq ki, 2000-ci illərin ortalarında Avropada dəhşətli dini qalmaqal baş verdi. Müsəlman miqrantlar həm kütləvi şəkildə Avropadan qovuldu, həm də onlara ayrılan yardımlar kəskin azaldı. Avropalılar müsəlmanlara nifrətinin növbəti güclü təzahürü 2005-ci ildə baş verdi. Belə ki, o zaman Danimarka qəzetlərinin birində Məhəmməd peyğəmbərin karikaturası çap olundu. 
 

MÖVZU İLƏ BAĞLI:

Makron kabinet üzvlərinə hansı tapşırığı verdi - Fransada nə baş verir?


O vaxtdan sonra “sivilizasiya” qitəsində müsəlmanların hislərinin ələ salınması bir növ gündəlik normaya çevrildi. Çox təəssüf ki, o zamandan başlayaraq islamofobiyanın öncül ölkələrindən biri də Fransa oldu. Baxmayaraq ki, fransızlar hər zaman özlərini dünyanın ən ədalət və insansevər xalqı kimi tanıtmağa çalışıb. 
Fakt isə ondan ibarətdir ki, son vaxtlar islamofobiyanın bayraqdarı Fransa hökümətidir. Təsadüfi deyil ki, Danimarka və digər Aİ ölkələrinin hakimiyyət orqanları tərəfindən himayə edilən “söz azadlığı həvəskarları”nın ən böyük mərkəzləri də Fransada peyda olub.

İslamofobiyanın növbəti flaqmanı Fransa

Fransa dövlətinin biləvasitə himayəsi ilə ölkənin “Charlie Hebdo” jurnalı islam dünyasının mənəviyyatı ilə oynamağa başladı. Belə ki, davamlı olaraq  jurnalda islamı və Məhəmməd peyğəmbəri təhqir edən karikaturalar və yazılar yer aldı. Nəhayət, 2015-ci ildə Əl-Qaidə “Charlie Hebdo”-ya hücum edərək 12 nəfəri öldürdü. 

“Charlie Hebdo”nun kədərli aqibəti nəinki islam dünyasını məsxərəyə qoymağa davam edən digər nəşrlərə dərs olmadı, əksinə bu islamofobiya yeni müstəvidə daha geniş şəkildə təşviq edildi. Məsələn, 2020-ci ilin oktyabrında bir məktəbli Məhəmməd peyğəmbərin karikaturalarını nümayiş etdirdiyi üçün müəllimi öldürdü. 

Di gəl ki, hakimiyyət orqanları artan təxribatların qarşısını nəinki almadı, əksinə təxribatçılara daha güclü dəstək verildi, onlara əlavə qorumalar ayrıldı.

Bu da onu göstərdi ki, təxribatı törədənlər də, təxribatçıları “cəzalandıranlar” da Fransanın xüsusi xidmət orqanlarıdır. Bu himayədarlıq hətta ölkə rəhbəri səviyyəsinə qədər gedib çıxdı.

Makronun islama qarşı “səlib yürüşü”

Ölkə tarixində ilk dəfə olaraq, Fransa prezidenti Emmanuel Makron inzibati binaların divarlarında karikaturaların video proyeksiyasına şəxsən icazə verdi. Bundan sonra isə islamı təhqir edən görüntülər Fransanın ən prestijli inzibati binalarının üzərində peyda oldu. 

Bunun ardınca Fransa lideri ölkəsində “küfr etmək azadlığının” olduğunu bəyan etdi. Makron iqtidarı dövründə hətta müqəddəs kitabların yandırılmasının qanuniləşdirilməsi ilə Fransada dini dözümsüzlüyün və islamofobiyanın yeni səviyyəsi başladı. 

Təbii ki, Makron çox yaxşı bilir ki, birinin azadlığının başladığı nöqtə digər birinin azadlığının bitdiyi yerdir. Bununla belə onun islama nifrəti bitmir, tükənmir. Ona görə də Makronun hakimiyyətdə olduğu dövrdə islamofobiyanın güclənməsi təsadüf yox, çirkin siyasi məqsədlərin bir parçasıdır. 
Deməli, Makron lider yox, xüsusi təyinatlı bir muzdludur. Onun üçün əsas puldur. Kim pul verirsə, Makron da onun üçün çalışır. Sifarişçininsə bir erməni milyarderi və yaxud, islam və sivilizasiya düşməni olmasının heç bir əhəmiyyəti yoxdur.

Surxay Atakişiyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO