Çeçenistanda “Novaya qazeta”nın qadın jurnalisti DÖYÜLDÜ - FOTO/VİDEO

Çeçenistanda “Novaya qazeta”nın qadın jurnalisti DÖYÜLDÜ - FOTO/VİDEO

Hazırda oxunan: Çeçenistanda “Novaya qazeta”nın qadın jurnalisti DÖYÜLDÜ - FOTO/VİDEO

144440

Çeçenistanda “Novaya qazeta”nın jurnalisti Yelena Milaşina və vəkil Aleksandr Nemov  vəhşicəsinə döyülüb.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı "Memorial" Mərkəzinin Telegram kanalı yayıb.

Mənbə yazır ki, Çeçenistanda maskalı şəxslər “Novaya qazeta”nın jurnalisti Yelena Milaşina və vəkil Aleksandr Nemova hücum ediblər. Hücum edənlər jurnalist və vəkilin hava limanından Qroznıya getdiyi maşını saxlayıb, onları vəhşicəsinə döyüb, avadanlıq və sənədlərini məhv ediblər.
Həmçinin Milaşina və Nemovu təpikləyiblər, o cümlədən sifət nahiyələrinə zərbə endiriblər, sonra başlarına silah dayayaraq ölümlə hədələyiblər. 

Eyni zamanda onlara deyilib: “Sizə xəbərdarlıq edilib. Gedin buradan, heç nə yazmayın”.

İndi hər iki zərərçəkən xəstəxanadadır, Nemov çətinliklə danışır, yeriyə bilmir, Milaşinanın isə barmaqları sınıb. Onun saçını qırxıblar, başına "zelyonka" sürtüblər. 

Jurnalistin həmkarları onun vəziyyətinin ağır olduğunu bildiriblər.

Xatırladaq ki, Milaşina və Nemov iyulun 4-də Qroznıya uçublar.

Bu gün Zarema Musayevaya hökm oxunacaq. Keçmiş hakim Saydi Yanqulbayevin həyat yoldaşı və bir neçə çeçen fəalın anası təhlükəsizlik qüvvələrinə “hücum”da ittiham olunur.




 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO