Fransa prezidenti Emmanuel Makron 17 yaşlı gəncin polisin əli ilə ölümündən sonra ölkəni bürümüş iğtişaşlarla əlaqədar qurumlararası böhran qrupunun iclasını keçirəcək.
Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, Fransa prezidenti böhran qərargahının iclasına çatmaq üçün Brüssel səfərini vaxtından əvvəl ləğv etməli olacaq.
Qeyd edək ki, Fransada 17 yaşlı sürücünün polis tərəfindən qətlə yetirilməsi Nanter şəhərində iğtişaşlara səbəb olub və sonradan digər kommunalara, Tuluza və Lion kimi böyük şəhərlərə yayılıb. Təkcə iyunun 28-dən 29-na keçən gecə onlarla polis maşını yandırılıb, komissarlıqlar, inzibati orqanların binaları yandırılıb, təhsil ocaqlarına ziyan dəyib.
Val-de-Marne departamentindəki Fren həbsxanasına daxil olmaq cəhdi barədə də məlumat verilib. İğtişaşların yatırılmasında iştirak edən 2 000 polis və jandarma əməkdaşlarının çoxu xəsarət alıb.
Ölkənin müxtəlif bölgələrində başlayan etirazlar zamanı saxlanılanların sayı 650 nəfəri ötüb.
Bizim.Media
- A-
- A
- A+
Dünya
11:08 / 30.06.2023
Makron Fransadakı iğtişaşlara görə İCLAS keçirəcək
Hazırda oxunan: Makron Fransadakı iğtişaşlara görə İCLAS keçirəcək
Hazırda oxunan: Makron Fransadakı iğtişaşlara görə İCLAS keçirəcək
143864
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.