Nobel mükafatçısının icadı “adamyeyən”x9də çevrildi -  Dəhşət (FOTO)

Nobel mükafatçısının icadı “adamyeyən”x9də çevrildi - Dəhşət (FOTO)

Hazırda oxunan: Nobel mükafatçısının icadı “adamyeyən”x9də çevrildi - Dəhşət (FOTO)

143848
Neft ləkələri ilə mübarizə üçün yaradılmış  “Sintiya”x9d adlı sintetik bakteriya ABŞ-ın və Aralıq dənizinin çimərliklərinə yaxınlaşır. 

Moderator.az -ın Rusiya mediasına istinadla verdiyi xəbərə görə, bu barədə Britaniyanın The Guardian nəşri yazır.  

Bu bakyeriya 2010-cu il aprelin 20-də Meksika körfəzində neft platforması partladıqdan və neft axımı əmələ gəldikdən  sonra yaradılıb. Qara neft ləkəsinin sahəsi 100 kv.km təşkil edirdi. Nobel mükafatı laureatı Hemilton Smit tərəfindən yaradılmış “Sintiya”x9d bakteriyası dünyada təbii DNK-sı olmayan yeganə canlı orqanizmdir. Bu varlıq tədricən neft ləkəsini “udmalıydı”x9d...  Lakin tədricən mutasiyaya uğramış bakteriya canlı orqanizmləri də “yeməyə”x9d başlayıb.  Onun “fəaliyyət”x9d dairəsində dəfələrlə qəribə hadisələr qeydə alınırdı: 5 minədək quşun, 100 min balığın  kütləvi ölümü və s.


Bundan sonra  sözügedən platformadakı qəzanın qarşısının alınmasında iştirak etmiş  128 BP əməkdaşına dövlət səhiyyə müəssisələrinə müraciət etmək də qadağan edildi. ABŞ-ın Xəstəliklərə Nəzarət və Onların Profilaktikası Mərkəzinin xəbər verdiyinə görə,  2014-cü ildə  “Sintiya”x9d bakteriyası ucbatından  97 insan xəstələnmişdir ki, onlardan 27-si sonradan  həlak olub.


Britaniya nəşri yazır ki, həmin bakteriyaya iki yolla yoluxmaq mümkündür: suya girərkən bədəndə kiçicik yara, cızıq olduğu halda, yaxud çiy dəniz məhsulu yeməklə.  Bakteriya bədənə düşdükdən sonra dəri və əzələlər arasındakı qatlara daxil olaraq canlı toxumanı dağıdan toksin(zəhər) ifraz etməyə başlayır...

The Guardianın veridyi xəbərə görə,  sadəcə, ayaqlarını suya salmış Texas sakini cəmi bir neçə saat ərzində aşağı ətraflarının amputasiyası təhlükəsi ilə üz-üzə qalmışdır. 

“Sintiya”x9dya yoluxmanın ilk əlamətləri ürəkbulanma, dəridə suluqlar  yaranması və qarın-bağırsaq pozuntularıdır. Yoluxmadan iki saat sonra isə ölüm baş verə bilər.

Şükürlər ki, Xəzərin okeanla və Aralıq dənizi ilə birbaşa əlaqəsi olmadığından ölümcül ”x9dSitsiya”x9d bakteriyasının Azərbaycana gəlmə ehtimalı hələlik çox azdır...


Sultan Laçın

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO