900 il yaşı olan məxfi tunel aşkarlandı - FOTO

900 il yaşı olan məxfi tunel aşkarlandı - FOTO

Hazırda oxunan: 900 il yaşı olan məxfi tunel aşkarlandı - FOTO

14310

Uelsdə elektrik montajı işləri zamanı təxminən 900 illik yaşı olan orta əsrlərə aid məxfi tuneli aşkarlanıb.

Bizim.Media “The Independent” qəzetinə istinadla xəbər verir ki, tunel Monmutşir qraflığında 1131-ci ilə aid qədim abbatlığın xarabaları yaxınlığında yerləşir.

Tikili yeraltı kabel üçün xəndək qazan fəhlələr tərəfindən tapılıb.

Kərpicdən hörülən və hündürlüyü təxminən 1,2 metr olan tunel yaxınlıqda axan çaya paralel piyada yolunun altından keçir.

Aşkarlanan keçid heç bir topoqrafik xəritədə qeyd edilməyib, yerli əhali və hakimiyyət orqanları da ondan xəbərsiz olub.

Tapıntının dəqiq arxeoloji tədqiqatı üçün illərlə vaxt lazım gələcəyi bildirilir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO