Azərbaycanla Latviya arasında iqtisadi əməkdaşlıq məsələləri müzakirə olunub

Azərbaycanla Latviya arasında iqtisadi əməkdaşlıq məsələləri müzakirə olunub

Hazırda oxunan: Azərbaycanla Latviya arasında iqtisadi əməkdaşlıq məsələləri müzakirə olunub

142855

Azərbaycanın Latviyadakı səfiri Elnur Sultanov Latviyanın iqtisadiyyat naziri İlze İndrikson ilə görüşüb. 

Bizim.Media xəbər verir ki, bu barədə səfirliyin məlumatında bildirilib. 

Məlumata görə, görüşdə Azərbaycanla Latviya arasında mövcud olan strateji tərəfdaşlıq münasibətləri çərçivəsində iqtisadi, ticari, investisiya, nəqliyyat, logistika və digər sahələrdə əməkdaşlıq məsələləri müzakirə edilib. 

Nazir İlze İndrikson ölkəsinin Azərbaycanla vacib tərəfdaş kimi iqtisadi və ticari əlaqələrin inkişafına marağını ifadə edərək, Azərbaycan Respublikası Hökuməti və Latviya Respublikası Hökuməti arasında iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın fəaliyyətinin əhəmiyyətini vurğulayıb. 
Səfir Elnur Sultanov iki ölkə arasında iqtisadi-ticari sahədə müşahidə edilən dinamikliyin və həyata keçirilən qarşılıqlı səfərlərin əhəmiyyətini qeyd edib. O, Azərbaycanla Latviya arasında iqtisadi-ticari əlaqələrin genişləndirilməsi üçün potensialın olduğunu diqqətə çatdırıb.

Azərbaycanın sürətli iqtisadi inkişafı, iqtisadiyyatının uğurlu şaxələndirilməsi və Azərbaycanın aparıcı rolu ilə həyata keçirilən mühüm regional layihələr haqqında məlumat verib. 

Görüşdə konkret sahələr üzrə əməkdaşlıq perspektivlərindən danışılıb və bununla əlaqədar, birgə səylərin artırılmasının vacibliyi qeyd olunub. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO